Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi


31.03.2017  11:09 

Bakıda qida “terrorçuları” peyda olub — Ölüm gətirən kolbasalar





A+  A-

XəzərNews.az "Ölkə.Az" - a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yazıb. O bildirib ki, “Koroğlu” metro stansiyası yaxınlığında kiloqramı 2,50 AZN-ə kolbasalar satılır. Deyilənlərə görə, həmin məhsullar ya Rusiyadan gətirilir. Yaxud da, hansısa sexlərdə istehsal olunur.
Mütəxəssislər də belə məhsulların insan üçün ölüm mənbəyi olduğunu düşünürlər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, belə məhsullardan istifadə edən insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər.

“Kolbasaların qiyməti onun keyfiyyətindən xəbər verir. İlk baxışdan həmin məhsullarda normal ətin olmadığı aydın görünür. Yer üzündə soya ət var. Əti əvəz edən çoxlu komponentlər var. Belə məhsullar arzuolunmaz ətlərdən, yaxud ət əvəzedicilərindən hazırlanır. Belə məhsullar insan həyatı üçün çox zərərlidir. İnsanın genefondunu dağıdır, onları iflic edir”, - deyə Eyyub Hüseynov bildirib.

Rəsmilər də belə məhsulların satılmasının qadağan olduğunu deyirlər. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov açıqlamasında bildirib ki, həmin məhsulların küçədə açıq şəraitdə satışı qəti qadağandır.

“Siz deyilən əraziləri sabah müəyyən edəcəyik. Həmin ərazilərdə mütləq yoxlamalar aparılacaq. Belə hal aşkarlanarsa, həmin şəxslər qanunla mütləq cəzalandırılacaq. Bizim tərəfdən mütəmadi reydlər davam etdirilir. Belə reydlər intensiv hal alıb. Kənd təsərrüfatı məhsullarının şəhərə axını çoxalıb. Kartof, soğan, digər bostan məhsullar satışını həyata keçirənlər olur. Bəzən xiyar və pomidor satanlara rast gəlinir”, - deyə qurum rəsmisi bildirib.

Ə.Bağırov deyir ki, vətəndaşlar da belə məhsulları almaqdan qorxmalıdırlar:

“Ərzaq məhsulları, xüsusən ət məhsulları, süd, qatıq, kolbasaları satmaq qəti olmaz. Çünki bunlar tez xarab olan məhsullardır. Belə məhsullar mütləq ciddi yoxlanışdan keçəndən sonra satışa buraxılmalıdır. Belə məhsulları alanlar da həyatlarını təhlükə qarşısında qoyurlar. İnsanlara belə məhsulları almasınlar. Bu xəstəlik mənbəyidir”.

Xəbər 3363 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +