Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO
Baş nazir taksilərin sayı ilə bağlı qərar verdi


12.06.2025  15:48 

Xoşqədəm Hidayətqızı atasının son görüntülərini paylaşıb -VİDEO





A+  A-

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə mərhum atasının son görüntülərini paylaşaraq, izləyiciləri ilə duyğusal anlarını bölüşüb.

XəzərNews.az xəbər verir ki, atasının yalnız 1 faiz yaşamaq ümidi ilə İstanbulda əməliyyata girdiyini qeyd edən aparıcı əməliyyatdan əvvəl atasının həyat yoldaşına – anasına ünvanladığı videonu yayımlayıb.

Paylaşımda Xoşqədəm Hidayətqızı atasına olan dərin sevgisini və onunla bağlı xatirələrini qeyd edib:

“İstanbulda əməliyyata girmədən öncə atamla söhbət… Bir faiz şansla əməliyyata girdi. Əməliyyat otağına girmədən öncə anam üçün bu videonu çəkdirdi. Anama sevgi və sayğısına baxın… Adam kimi adam, dost kimi dost, yoldaş kimi yoldaş... Nə qədər videolar, atamla xatirələrim var… Nə yaxşı var… Böyük insan, sən daim qəlbimizdə olacaqsan. Hər anımda yenə məsləhət verənim sənsən. Yuxularımdan çıxma…”

Aparıcı atasının son beş ilini ailəsinin dəstəyi və həkimlərin əzmi ilə yaşadığını bildirib:

“Atamın qulluğunda duran bacılarım – Təranə, Zemfira, Roza, Aynurə və özü xəstə olduğu halda son günlərdə onu bir an belə yalnız buraxmayan böyük bacım Fəridəyə təşəkkür edirəm. Gəlinimizə də minnətdaram. Atamı adınızla, davranışınızla, tərbiyənizlə, böyüklərə qoyduğunuz hörmətlə çox xoşbəxt etdiniz. Atam sizdən çox razı getdi və bir övlad üçün bundan gözəl nə ola bilər?

Atamın Türkiyədəki həkimi Erkan bəyə və Azərbaycandakı həkimi Anar bəyə sonsuz təşəkkür edirik. Son günündə Erkan doktorun atam üçün Türkiyədən Bakıya gəlməsini heç vaxt unutmayacağam. Anar doktor isə təkcə bir həkim kimi yox, bir oğul kimi atamın qulluğunda dayanıb. Ruhları daim sizə duacıdır”.

Aparıcı sonda atasına vida edib:

“Məkanın cənnət olsun, yaraşıqlı, vicdanlı, adil ata, kişi!”

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının atası 5 gün əvvəl vəfat edib.



Xəbər 3261 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +