Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


03.10.2019  13:09 

Mandatı ləğv edilən deputat həbs oluna bilər





A+  A-

Deputat vəsiqəsini girov qoyaraq 300 min dollar borc götürən və bu səbəbdən mandatdan imtina edən Rəfael Cəbrayılovun qanunazidd əməllərinə dair cinayət işi başlanacağı ilə bağlı xəbərlər yayılıb.
XəzərNews.az "Yeni Musavat"a istinadən xəbər verir ki, bir çox mənbələr onun barəsində cinayət işi açılaraq, ittiham elan ediləcəyini və qandallanacağını iddia edirlər.

Hər halda, bunun üçün kifayət qədər qanuni əsaslar var. Üstəlik də o, özü etiraf edib ki, deputat olduğu müddətdə bizneslə məşğul olub. Bunun özü də qanunsuzluqdur. Nəhayət, YAP-ın və MSK-nın Cəbrayılovla bağlı sərt açıqlamaları onun hərəkətlərinə hüquqi qiymət veriləcəyini istisna etmir.

Qeyd edək ki, MSK dünən Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verib. Bir neçə gün əvvəl Baş Prokuror Zakir Qaralov bu məsələ ilə bağlı MSK-nın qərarından sonra araşdırma aparılacağını bildirmişdi.

Xəbər 3898 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +