Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


10.03.2017  13:46 

“İstənilən adam istədiyini təhqir edir...” - Siyavuş Novruzov





A+  A-

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov parlamentdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun daha sərtləşdirilməsi təklifi ilə çıxış edib.
XəzərNews.az xəbər verir ki, millət vəkili qeyd edib ki, dünyanın idarə olunması informasiya üzərində qurulub: “Bunun çatdırılması, qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik. Dünyada intiharın sayına görə Avropa ölkələri birinci yerdə gedir. Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də intihara təhrik edirlər. Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.

Komitə sədri bildirib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: “Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməli olmalıdır. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra oradan götürüb o xəbərləri verənlər var. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir”.

Xəbər 5948 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +