TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


29.10.2025  10:10 

Azərbaycan XİN Türkiyəni təbrik edib





A+  A-

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

XəzərNews.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"29 Oktyabr - Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik. Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır. Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayır, Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik. Türkiyənin Cümhuriyyət Günü mübarək!" - paylaşımda qeyd edilib.

Xəbər 1838 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +