Əməkdar artist Yadigar Muradov vəfat edib
TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək


27.10.2025  12:33 

Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq





A+  A-

Biz ilk dəfədir ki, Azərbaycanla yaradılmış sülh şəraitində Ermənistanın büdcəsini müzakirə edirik.

XəzərNews.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 27-də Milli Assambleyada “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bir il səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində açılan atəş nəticəsində ölən hərbçi olmayıb. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın bütün müstəqillik tarixində bizim belə bir il səkkiz ayımız olmayıb", - Paşinyan bildirib.

Onun sözlərinə görə, bərqərar olmuş sülhün yeni faktlar və şərtləri üzə çıxarması vacibdir:

"Xüsusən, Azərbaycanın Bakının Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlı açıqlamasını nəzərdə tuturam. Bu, mahiyyət etibarı ilə tarixi hadisədir, Ermənistana qarşı blokadanın aradan qaldırılmasında ilk mərhələni qeyd edir. Həmçinin Ermənistanın bu elanlara reaksiya verməsi və müvafiq addımlar atması vacibdir".

"Bizim buna hazırkı cavabımız belədir: bu gündən etibarən biz yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə tranzitini təmin etməyə hazırıq, xüsusən də Marqara-Yeqnadzor-Sisian-Qoris marşrutu ilə. Mən bunu vurğulayıram, çünki bu, bizim bu gün həyata keçirə biləcəyimiz yeganə variantdır", - Paşinyan bildirib.

Xəbər 1555 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +