“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır


25.09.2023  12:34 

“DABF-dan gözləntilərimiz çoxdur” – Ruslan Abdullayev





A+  A-

“Dünya Azərbaycanlılarının Beynəlxalq Fondundan (DABF) gözləntilərimiz çoxdur”.

Bu barədə açıqlamanı Xəzərnews.az-a Slovakiyada yaşayan azərbaycanlılar adından Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunda təmsil olunan Ruslan Abdullayev verib.

R.Abdullayev bildirib ki, hazırda Azərbaycan tarixi dövrünü yaşayır:

“Biz dünya ictimaiyyətinin Azərbaycana qarşı haqsız aqressiv yanaşmasınının qarşısını almalıyıq. Digər dövlətlərin eyni məqsədli fondları kimi diaspor təşkilatlarımız da DABF ətrafında birləşməli, Azərbaycan naminə fəaliyyət göstərməlidirlər. İlk növbədə zamanında informasiya məkanında buraxılan boşluqlar doldurulmalıdır. Bu işdə bütün diaspor təşkilatları fəal olmalı, yaşadıqları ölkələrin media resursları ilə müntəzəm işləməlidirlər.”

R.Abdullayev qeyd edib ki, Qarabağ ətrafında dünya mediasında aparılan erməni təbliğatı obyektiv faktlarla darmadağın edilməlidir:

“Fondda təmsil olunan diaspor fəallarımız, xüsusən də gənclərimiz bu işi uğurla davam etdirirlər”.

R.Abdullayev əlavə edib ki, dünyanın müxtəlif ölkələrində istedadlı gənclərimiz yaşayır:

“Eyni zamanda Azərbaycanın özündə də istedadlı gənclərimiz var. DABF həmin gəncləri Avropanın müxtəlif ölkələrində qısamüddətli kurslara cəlb etməklə Azərbaycana fayda verə bilər”.



Xəbər 3972 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +