MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


31.07.2023  08:51 

Xərçəngdən dünyasını dəyişən Krista Rodrigezin son məktubu...





A+  A-

Sosial şəbəkələrdə dünyanın ən məşhur modelyerlərindən biri, amerikalı aktrisa və müğənni Krista Rodrigezin mədə xərçəngindən dünyasını dəyişməzdən əvvəl yazdığı son məkrubu yayılıb.

XəzərNews.az həmin məktubu təqdim edir:

- Qarajımda dünyanın ən bahalı markalı maşınları var, amma indi əlil arabasında gəzirəm.

Evimdə məşhur brendlərin paltarları, ayaqqabıları, qiymətli zinət əşyaları var, amma indi bədənim xəstəxananın verdiyi kiçik bir parçaya bürünüb.

Bankda çoxlu pulum var, amma indi o pullar heç nəyə kömək etmir.

Evim saray kimi lüks bir malikanədir, amma indi xəstəxana iki nəfərlik çarpayıda uzanmışam.

Əvvəllər yüzlərlə insana avtoqraf verib, imza atmışam. İndi isə həkimlər sağlamlığımı yoxlayıb, imza atırlar.

Vaxtımı beşulduzlu oteldən başqa beşulduzlu otelə keçməklə keçirmişəm, amma indi vaxtımı xəstəxanada laboratoriyadan laboratoriyaya keçirərək keçirirəm.

Əvvəllər saçımı düzəltmək üçün yeddi saç ustam var idi, amma indi heç saçım da yoxdur.

Şəxsi təyyarəm ilə istədiyim yerə uça bilirdim. Amma indi xəstəxananın həyətinə iki nəfərin köməyini ilə çıxıram.

Əvvəllər istədiyim yeməyi yeyə bilirdim, amma indi pəhrizim minimal tərəvəz və axşam bir neçə damcı duzlu sudan ibarətdir.

Bu ev, bu maşın, bu təyyarə, bu mebel, bu qədər bank hesabı, bu qədər reputasiya və şöhrət - bunların heç birinin faydası yoxmuş…

Ölümdən başqa heç nə gerçək deyil…

Xəbər 4814 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +