Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


14.04.2023  12:37 

Direktor küçə süpürməyən müəllimi şillələdi... - Şiddət





A+  A-

Şahbuz rayon Daylaqlı kənd orta məktəbində direktor və müəllim arasında insident baş verdiyi bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən məktəb müəllimləri məlumat veriblər.

Onların sözlərinə görə, məktəbdəki haqsızlıqlara etiraz edən tarix müəllimi Məhərrəm Gülmalıyevlə direktor Yenubar Hüseynov arasında mübahisə başlayıb.

Şahid müəllimlər deyir ki, haqlı ittihamlar qarşısında əsəblərini cilovlaya bilməyən direktor hirsini 60 yaşlı müəllimdən çıxıb:

“Məhərrəm Gülmalıyev savadlı, mədəni, işini bilən bir müəllimdir. O, hər dəfə müəllimlər üçün nəzərdə tutulan test imtahanlarında yüksək bal toplayır. Buna baxmayaraq, direktor bəhanələr quraraq, onu işdən çıxarıb, yerinə başqasını götürmək istəyir. Onu işdən çıxarmaq istəməsinin bir səbəbi də Məhərrəm müəllimin məktəbdə baş verən özbaşınalıqlara səssiz qalmamasıdır. Mübahisə iməciliyə görə baş verdi. Direktor bütün müəllimləri şənbə günü iməciliyə çıxıb, küçə süpürməyə məcbur edirdi. Məhərrəm Gülmalıyev buna irad bildirərək, küçə süpürməyin müəllimə aid iş olmadığını bildirdi.

Hadisə gözümüzün qarşısında oldu. Məhərrəm müəllimin haqlı iradlarına dözə bilməyən direktor ona bir neçə şillə vurub, yerə sərdi. Müəllimlər araya girməsəydi, daha ağır nəticə olacaqdı”.

Döyülmə hadisəsi ilə bağlı Məhərrəm Gülmalıyevin aidiyyəti qurumlara şikayət etdiyi bildirilir.

Məsələyə münasibət öyrənmək üçün məktəb direktoru Yenubar Hüseynovla əlaqə saxlanılsa da, o, iddialara münasibət bildirmək istəməyib.

Xəbər 2520 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +