Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi
Mehdiyevin Xızıdakı villası: Görüntülər paylaşıldı-VİDEO


26.10.2022  15:45 

Bu dövlətin imkanlarından təkcə siz və ailə üzvləriniz yararlanmalıdır?





A+  A-

Bu xalqa heç kəsin rəhmi gəlmir. Hakimiyyətdəki köhnə komanda ilə yeni komanda arasında savaş davam edir. 3 min şəhid verən, bir ölkə boyda ərazilərini işğaldan azad edən qalib dövləti - Azərbaycanı nə günə qoymusunuz...

İki gün ərzində ölkədə baş verən "önəmli" hadisələrə diqqət edin:

- İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi. Bu adamın oğlu Səhət Həbibbəyli Naxçıvan MR-da Dövlət Gömrük Komitəsinin sədridir, digər oğlu Ərəstu Həbibbəyli Nazirlər Kabinetində katibliyin rəisidir. Qızı Günay Mənimsova isə ədliyyə orqanlarında vəzifədədir - Xırdalan şəhər 1 saylı Notariat Kontorunun rəisidir. İsa müəllim özü Milli Məclisin deputatıdır, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktorudur. Qələbə dairəsininn yaxınlığında yerləşən "Karvan" şadlıq sarayı da bu adama məxsusdur. İ.Həbibbəyli bəlkə də yaxşı adamdır, amma bu amil onun AMEA prezidenti olmasını şərtləndirə bilməz.

Nə istəyirsiniz bu xalqdan?

Bu dövlətin imkanlarından təkcə siz və ailə üzvləriniz yararlanmalıdır?

Ədəbiyyat nəzəriyyəsindən namizdəlik, Cəlil Məmmədquluzadədən doktorluq dissertasiyası müdafiə edən adamı AMEA-ya prezident qoyarlar?

Hanı bu ölkənin dəqiq elm sahibləri, ya da humanitar sahədə daha ciddi alimləri?

- Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilir. 42 ildir Allahın Azərbaycandakı elçi daşının üstündə oturan Allahşükür Paşazadə və hakim partiyanı - YAP-ı çökdürən Əli Əhmədov yuxarı lojada oturub yazıçı-şairlərə, qurultaya tamaşa edirlər.

Hazırda Azərbaycan poeziyasının fatihəsi oxunur. Anar müəllimin yenidən sədr seçiləcəyini bütün ölkə bilir. Biz bacarmadıq, Təhminənin ahı tutsun səni, Anar müəllim!

- Bu izaholunmaz durumda Baş Prokurorluq jurnalsitlərə təlim keçir. Azərbaycan qanunlarını ayaq altına atıb tapdalayan prokurorluq orqanları niyə öz işi ilə məşğul olmur?

Bunları kim vadar edir ki, bir caynaqları da mediada olsun!?

Mediaya məsul qurumlar da var, şəxslər də... Bəlkə öz işinizlə məşğul olasınız. Məsələn, məhkəmədə günahsız insanlara 10 il cəza tələb edən dövlət ittihamçılarının əl-ayaqlarını yığışdırın.

Rüşvət vannasında üzən hakimlərlə dövlət ittihamçılarının işbirliyini aradan qaldırın.

Prokurorluq orqanlarına doldurulan məmur övladlarını oradan təmizləməyə vaxtınız yoxdur, yoxsa gücünüz?

Atanı korrupsiya ittihamı ilə həbs edib övladına daha yüksək vəzifə verirsiniz.

Həmin övlad korrupsioner atanın əlaqələri, pulları hesabına vəzifəyə gətirilməyib?

Yaxşı bəs, həbs edilən məmurları bir müddət sonra niyə buraxırsınız?

Kasıb adamlar üçün qaldırdığınız quldurlar üçün niyə qaldırıb onları həbsdə saxlaya bilmirsiniz?

Doğru işləməyin metodlarını jurnalistlərə deyil, bəlkə öz işçilərinizə öyrədəsiniz...

Və... Yasamalda su borusu partlayır...

Samir Feyruzov

Xəbər 2682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +