Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub
Şamaxıda qəza: Avtomobildən meyit çıxarıldı
Bakıda yeniyetmə qız itkin düşüb
“Onu biz buraxdırdıq“ - Rəqsanənin borclu olduğu şəxs
Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb


21.10.2022  11:35 

Plana düşən evlərə görə niyə az kompensasiya ödənilir?





A+  A-

Artıq bir neçə ildir ki, paytaxtda istismara yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır.

Qanunvericiliyə əsasən, mənzili sökülən şəxslərə ya kompensasiya ödənilir, ya da evi başqa bir mənzillə dəyişdirilir. İkinci hadisə nadir hallarda baş verdiyindən tikinti şirkətləri daha çox vətəndaşlara kompensasiya ödəməyə üstünlük verirlər. Bəzən isə kompensasiya məbləği MTK-larla ev sahibləri arasında narazılıq yaradır.

Buna səbəb tikinti şirkətlərinin mənzillərin hər kvadratmetri üçün dəyərindən az məbləğ ödəməsidir. Belə ki, onlar satışa çıxardıqları evlərin kvadrat metrini alıcılara 2000 AZN-ə təklif etdikləri halda, sakinlərin plana düşən mənzillərinin kvaratmetri üçün ödəniləcək məbləği 1500 AZN dəyərində müəyyən edirlər. Bundan sonra aralarında fikir ayrılığı yaranan və uzlaşmayan tərəflər aylarla və illərlə davam edən məhkəmələrdə görüşməli olurlar.

Bu barədə açıqlama verən Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov baş verən problemin səbəbini tikinti şirkətlərinin inşaata çox vəsait sərf etməsi və qazanclı çıxmaq üçün kompensasiya məbləğini azaltması ilə əlaqələndirir:

“Tikinti şirkətləri xərcləri çox olduğu, eyni zamanda daha çox gəlir əldə etmək üçün bu günə qədər 1500 AZN prinsipi ilə davam etməyə çalışırlar. Ev sahibləri ilə MTK-lar arasında da bu təzadlıq da məhz bu səbəbdən yaranır. Qanunuvericilikdə hər bir vətəndaşın evi üçün onun istəyinə uyğun kompensasiyanın ödənilməsi yer alıb. Ya alternativ əmlak verilməlidir, ya da ki müəyyən razılaşma əldə edilməldir. Kompensasiya qiymətinə gəlincə isə, bununla bağlı qanunvericilikdə standart məbləğ müəyyən edilməyib”.

Məsələ ilə bağlı BAKU.WS-ə danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə yeni binaların premium layihələr olduğunu, sökülən tikililərin isə inşaat standartlarına cavab vermədiyini, nəticədə isə kompensasiya məbləğinin iki dəfə az olduğunu vurğulayıb:

“Bəzən kompensasiya müəyyən edilərkən ərazi üzrə bazar qiyməti nəzərə alınmadan həyata keçirilir. Nəticədə vətəndaşlarla MTK-lar arasında problemlər yaşanır. Məsələn: “Sovetski”ni misal götürsək oradakı fərdi evlər yaşayış minimumlarına cavab vermir. Həmin ərazidə isə inşa edilən yeni tikililərin böyük əksəriyyəti premium layihədir. Onların inşasında keyfiyyətli tikinti materiallarından istifadə edilir. Həmçinin ərazi üzrə satış qiyməti müəyyənləşdirilir ki, bu da qiymətlərin yüksək olmasına şərait yaradır”.

Ekspert Bakının mərkəzi və ətraf ərazilərində plana düşən evlərin kompensasiya məbləğlərini də açıqladı. Bu məbləğ mənzilin hər kavdrat metri üçün 1500-2000 AZN aralığındadır:

"Yaşayış binalarında kompensasiya o halda insanlara ödənilir ki, onlar həmin ərazidəki evdə yox başqa bir yerdən ev alıb yaşamaq istəyir. Bu halda Bakının mərkəzində kompensasiya məbləği təqribən 2000 AZN civarında müəyyənləşdirilir. Mərkəzdən qismən kənarda isə 1500 AZN, Nərimanov və Yasamal rayonlarında isə rəqəmlər 1500-2000 AZN arasında dəyişir. Həmin ərazidə MTK-ların satışa çıxardığı evlərin hər kvadrat metrinin qiyməti isə 1600-2200-2300 AZN aralığındadır".

Alternativ tədbirlər arasında isə ən optimal variant ərazi üzrə bazar qiymətləri öyrənilməklə kompensasiya məbləğinin müəyyən olunmasıdır. Son zamanlar dövlət köçürmələr zamanı daha çox əvəzləşdirmə prosesi həyata keçirir. Yəni yaşayış sahəsi əvəzinə yaşayış sahəsi, mənzil əvəzinə isə mənzil təklif edilir.

Bu üsul özəl layihələrdə də tətbiq edilsəydi daha yaxşı olardı. Nə MTK-larla sakinlər arasında nə fikir ayrılığı yaranardı, nədəki illərlə davam edən məhkəmə prosesləri narahatlığa səbəb olardı.

Xəbər 2652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +