Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


19.10.2022  14:32 

Sərxoş sürücü həbs olundu





A+  A-

Oktyabrın 16-da Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb.

Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu məlum olub.

Təyin edilən ekspertizaların nəticəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə yol polislərinin “saxla” əmrinə tabe olmadığı müəyyən edilib.

Qeyd edək ki, Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib. Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib. Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilas edilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb.

Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsləndirdiyi iddiaları özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib.

Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Xəbər 2853 dəfə oxunub.



19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +