Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


08.02.2022  15:20 

Bizə ölü at və heyvan əti yedizdirirmişlər - Foto





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları vətəndaşların ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

XəzərNews.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir zamanı Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək istifadəyə yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri məsuliyyətə cəlb ediliblər.

Toplanmış materiallar əsasında müəyyən olunub ki, Xaçmaz rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyev ilə birlikdə ölmüş at və iribuynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar. Azik Babayev bu məqsədlə Xaçmaz və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq Xaçmaz rayonunda yerləşən fermalarında toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Azik Babayev tərəfindən Bakıda fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb.



Baş İdarənin əməkdaşları tərəfindən Azik Babayevə məxsus fermalara və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 tondan artıq mal və at əti aşkarlanaraq maddi sübut kimi götürülüb. Aşkarlanmış ətin təyin olunmuş müvafiq ekspertizalarla istifadəyə tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Dəstənin başçısı Azik Babayev və Hatəm Bayramov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin də müəyyənləşdirilərək saxlanılması və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3642 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +