MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


06.01.2022  17:42 

Dövlət büdcəsinə ziyan vuran məmurlar hakim qarşısına çıxarılır





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəzifəli şəxsi dövlət büdcəsi vəsaitlərini təyinatından kənar istifadə edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, aparılmış istintaqla Rövşən Xəlilovun ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləyərkən tanışı Gülgün Nəsirova ilə qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 min 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talamasına, faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 min 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Nazirlikdən daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi baxılması üçün aidiyyətı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı Rövşən Xəlilov tərəfindən vurulmuş ziyanın tam həcmdə ödənilməsi təmin edilib.

Xəbər 3394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +