Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub
Şamaxıda qəza: Avtomobildən meyit çıxarıldı
Bakıda yeniyetmə qız itkin düşüb
“Onu biz buraxdırdıq“ - Rəqsanənin borclu olduğu şəxs
Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb


18.11.2019  09:54 

Tərtərin icra başçısının saysız-hesabsız obyektləri - VİDEO





A+  A-

Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: "İcra başçısı rayonu işğal edib”.
Habelə sakin Tərtərin girişində icra başçısına aid olduğu deyilən və yeni tikilməkdə olan ikimərtəbəli kommersiya obyektini də nişan verir: "Bu da icra başçısının təzə mağazasıdır, gözü doymayıb, birini də tikdirib”.

Sakin Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı da aldığını, özünə mülklər tikdirdiyini , onun qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, icra başçısı şəxsi biznesini genişləndirməkdə olduğu bir vaxtda rayonda şəhidin adını daşıyan bulaq baxımsızlıqdan uçub dağılır...

Belə görünür ki, icra hakimiyyətinin başçısının çoxsaylı kommersiya obyektləri, mülkləri barədə kadrları çəkib internetdə yayan Tərtər sakini prezident İlham Əliyevin son çıxışlarından ruhlanıb. Prezident yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən onların qarşısında vətəndaşlara xidmət, dürüstlük və insanların problemlərinə diqqətlə yanaşmaq barədə ciddi vəzifələr qoyub. Habelə prezident vətəndaşlara müraciət edərək bildirib ki, hansısa məmurun, icra hakimiyyəti başçısının tutduğu vəzifədən istifadə edib varlanmasına, korrupsiyaya və rüşvətə qurşanmasına, ümumiyyətlə, əyri yola getməsinə dair faktları dərhal ona çatdırsınlar.

Həmin sakin daha əvvəl də yerli KİV-lərdə icra başçısı haqda şikayətlərlə çıxış edib, amma raton İcra Hakimiyyətindən onun şikayətlərinin "əsassız olduğunu, Müstəqim Məmmədova şər-böhtan atdığını” bildiriblər.

Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əvvəl isə Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləmişdi.



Xəbər 4073 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +