Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub


02.01.2019  17:43 

“Valideynlərə deyirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik”





A+  A-

“Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə “Açıq qapı” günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin”.
XəzərNews.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, həqiqətin üzə çıxarılması üçün Müdafiə Nazirliyi müxtəlif vasitələrdən istifadə edir: “Onlardan biri “etimad qutusu”nun olmasıdır. Yəni hər bir əsgər valideyni adını qeyd etmədən problem barədə məktub yaza bilər. Həmin məktubları Nazirliyin Baş İdarəsinin nümayəndələri götürə bilir. Biz komandirlərə inanırıq, amma real vəziyyəti də bilməliyik. İşimiz göz qabağındadır, üzüaçıq valideynlərin qarşısına çıxırıq. İşimizin nəticəsindən əminik. Real vəziyyətin ortaya çıxarılması Ali Baş Komandanın tələbidir. Azərbaycan xalqı çəkinən, qorxan xalq deyil, problem olanda üzə deyir”.

Nazir media nümayəndələrinə də çağırış edib: “Hərbi hissələrdə həyata keçirilən işlər yüksək səviyyədədir. Amma tək-tük neqativ hallar da olur. Kimsə nöqsana yol verirsə, bunu bilməliyik, valideyn deməlidir, bu, bir xahişdir. “Açıq qapı” günləri 3 aydan bir keçirilir, özü də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru, düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar.

Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan Ordusundan gedir, onlar həssasdılar, çünki düşmənlə üz-üzədirlər, gördüklərə işə qiymət verilməsini gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə, ilk növbədə, əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri “Açıq qapı” günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır...”.

Xəbər 3213 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +