Şamaxıda qəza: Avtomobildən meyit çıxarıldı
Bakıda yeniyetmə qız itkin düşüb
“Onu biz buraxdırdıq“ - Rəqsanənin borclu olduğu şəxs
Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb


02.11.2018  10:26 

Azərbaycanda zibildən enerji alınacaq - Milli Strategiya





A+  A-

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiyanı təsdiq edib.
XəzərNews.az xəbər verir ki, straregiyada bildirilir ki, Bakı ərazisində fəaliyyət göstərən yeni sistemlər istisna olmaqla, regionlarda əksər hallarda tullantıların açıq zibilxanalarda toplanması, bu məqsədlə ayrılmış sahələrin hasarlanmaması, həmin sahələrdə basdırılan tullantılardan əmələ gələn çirkləndirici maddələrin qrunt sularına qarışması, bəzi tullantı poliqonlarının birbaşa olaraq çayların sahili boyunca və subasar düzənliklərdə yerləşdirilməsi bu sahəyə xüsusi diqqət yetirilməsi zərurətini yaradır.

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək.



Milli Strategiyanın məqsədləri bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycan Respublikasındakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi, çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsidir.

Həmçinin mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsidir.

Milli Strategiyanın prioritet istiqamətlərindən biri də bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılması, yeni tarif sisteminin və yığım mexanizmlərinin tətbiq edilməsi, müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsi.

Milli Strategiyanın icrasından gözlənilən nəticələr sırasında ölkənin bütün şəhər və kəndlərinin ərazilərində bərk tullantıların yığılmasını, təkrar emalını və zərərsizləşdirilməsini təkmilləşdirəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi, respublikanın bütün ərazisini əhatə edəcək bərk məişət tullantılarının regional sanitariya poliqonlarının və ötürücü məntəqələrin yaradılması, bu xidmətin bütün yaşayış məntəqələrinə doğru genişləndirilməsi, bərk məişət tullantılarının idarə edilməsi sahəsində göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması və tarif cədvəllərinin təkmilləşdirilməsi, ictimai sağlamlığın təmin edilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kommunal xidmətlər sahəsində yeni iş yerlərinin açılması və səmərəliliyin yüksəldilməsi və digər məsələlər var.

Qeyd edək ki, Strategiyanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyəvə Təhsil nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunması üçün vəzifələr qoyulub.

Xəbər 2864 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +