“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır


29.09.2018  16:42 

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi





A+  A-

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.
XəzərNews.az xəbər verir ki, tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də 83 yaşında vəfat edib.

Fizikin vəfatı ilə əlaqədar prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, o cümlədən Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Fərəh Əliyeva, Akif Əlizadə, Ceyhun Bayramov, İbrahim Quliyev, Rasim Əliquliyev, Nazim Məmmədov, Arif Paşayev, Bahadur Tağıyev, Cavad Abdinov, Çingiz Qacar, Ənvər Nəhmədov, Təyyar Cəfərov və Abel Məhərrəmov başsağlığı veriblər.

Qeyd edək ki, F.Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olub. O, 1963-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi, 1993-1994-cü illərdə direktor müavini, 1994-2000-ci illərdə direktoru işləyib. 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışıb.

Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1974-cü ildə professor elmi adını alıb.

2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər 3268 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +