Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


18.01.2018  09:16 

Kimin maaşı nə qədər artdı? - Son qərara şərh





A+  A-

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl 121), 134 ( əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Bu dəyişikliyə əsas minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub.
Beləliklə də, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

XəzərNews.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu bu qərarı şərh edib. Burda diqqəti 2 məqama cəlb etməyi vacid sayan ekspert yazır:

Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn, ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki, 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq.

İkincisi, AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna edilməsi onlarda əməyinin ödənişinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi üzrə 145 manat ödənildiyinə və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur.

İqtisadçı hesab edir ki, Nazirlər Kabinetinin qərarı 3 səbəbdən ədalətli hesab oluna bilməz: “Birincisi bu artım Vahid Tarif Cədvəlinin yalnız aşağı 4 dərəcəsini əhatə edir. İkincisi ilk 4 dərəcəyə şamil olunan artımın məbləği hətta rəsmi inflyasiyanın dəyərsizləşdirdiyi 12,9 faizi belə əvəzləmək iqtidarında deyil.
Digər tərəfdən isə ötən il qeydə alınan 12,8 faiz ümumi, o cümlədən ərzaq məhsulları üzrə 16,4 faiz xüsusi inflyasiyanın nəticəsində əmək haqqının dəyərsizləşməsi yalnız aşağı tarif dərəcələri üzrə deyil, bütün səviyyələrdə müşahidə olunub.

Belə olan halda da artımın cüzi olsa da yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcəni inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz.

Görünür, rəsmilərimiz belə düşünüblər ki, müəllimlərim və həkimlərin əmək haqqı artımına ehtiyacı yoxdur, maaşların hazırkı səviyyəsi onları qane edir”.

Xəbər 2952 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +