Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


26.12.2017  14:26 

Gələn il Qarabağda müharibə başlaya bilər





A+  A-

2017-ci ilin başa çatmasına bir həftədən də az vaxt qalır. Yola saldığımız il bir çox sahələrdə inkişaf tempinin bir qədər güclü yaxud da zəif olması ilə yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında irəliləyişə nail olunmadı. Danışıqlar masasında belə aparılan müzakirələr nəticəsiz qaldı.
O zaman 2018-ci il Qarabağ münaqişəsi üçün ümidli nə vəd edir?

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında deyib ki, 2017-ci ildə Azərbaycanın ərazi bütövlüyünün real təminatında köklü dəyişikliklər baş verməsə də, siyasi-diplomatik müstəvidə Azərbaycan öz mövqelərini uğurla qoruya bildi.

2017-ci ildə Qarabağ

“Bir sıra məqamlarda Ermənistan cəbhəsinə diplomatik, informativ zərbələri vura bildik. Hər halda, başadüşüləndir ki, bu məsələ yalnız hərbi meydanda orduların toqquşması ilə dəyərləndirilmir. Siyasi döyüşlər də gedir. Burada ölkələrin vətəndaşları iştirak edir. 2017-ci ildə Azərbaycan sürətlə silahlanmanı uğurla davam etdirdi. Nəticə etibarilə Ermənistan öz cəbhəsində zorla bizimlə ayaqlaşmaya səbəb oldu. Nəticədə sosial iqtisadi planlarından, ehtiyaclarından kəsib silah növləri almağa məcbur oldu.

Təbii, bu da əhalinin perspektivinə, sosial durumuna təsir göstərən amildir. Digər tərəfdən birinci Qarabağ müharibəsində hakimiyyəti qazanan və müdafiə sahəsi üzrə vəzifə tutanların bir qismi postlarını itirdilər. Gördüyünüz kimi, 2016-cıə ilin aprelindəki 4 günlük müharibə 2017-ci ildə də Ermənistan hakimiyyətinin bu cür dağınıq olduğunu göstərdi. Bu baxımdan müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistan əleyhinə qəbul etdirdiyi sənədləri, aktları, bəyanatları siyasi aktivliyimizə yaza bilərik”.

Hərbi toqquşmalar qaçılmazdır

Deputat 2018-ci ildə Qarabağ probleminin ədalətli həllindən danışarkən müharibə olacağını istisna etməyib.

“2018-ci il üçün hədəflər ondan ibarətdir ki burada 2 məqam xüsusi önəm daşıyacaq. Birincisi odur ki, Yaxın Şərq məkanında əgər nisbi sabitlik əldə olunduğu təqdirdə, qlobal savaş Qafqaza keçə bilər. Burada Gürcüstan NATO üzvlüyü yönündə addımlar atdıqca bizim də yerləşdiyimiz məkana təsir edəcək. İkincisi, Ermənistanda bildiyiniz kimi prezident üsul-idarəsindən parlamentli modelə keçilib. Bu o deməkdir ki, hakimiyyətin dayanıqlıq mərkəzi dəyişib.

Yəni əvvəlki illərdə bir şəxsin diktəsi altında olan qüvvələr indi bir qədər kollegial orqan olan parlament və hökumət vasitəsilə idarəçilik modelini seçə bilərlər. Bu halda, özünü gələcək baş nazir kimi görən Serj Sarkisyan bütün təsdiqlərə nəzarət imkanlarını itirəcək. Bu zaman Azərbaycan öz gücünü daha yaxşı ifadə edə biləcək.

Azərbaycan 2018-ci ildə 2 amili xüsusi diqqətdə saxlayır. Bunlardan biri müharibədir ki, bu, istisna olunmur. Əksinə, deyərdim ki, hər bir halda hərbi toqquşmalar öz qüvvəsində qalır. Bakının əsas neft hövzələrinin təhlükəsizliyinin təminatına tam nail olduqdan sonra istənilən zaman lokal və ya daha geniş miqyaslı toqquşmalar baş verə bilər. Bu üzdən dövlət rəhbəri prezident seçkilərinə hər zaman uğurlu mövqedən daxil olmağı qərarlaşdırıb. 2018-ci ildə Azərbaycanın uğurlu mövqeyini davam etdirəcəyinə şübhəm yoxdur”

Xəbər 3976 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +