MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


15.12.2017  14:07 

Bəzi məktəblərə muxtariyyət verilir - Təhsil Nazirliyi





A+  A-

Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcək.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kurikulum sistemi ilə bağlı hazırlanan yeni standartlara edilən əsas dəyişiklikdə öz keyfiyyətləri ilə seçilən, təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi məsələsi yer alacaq: "Hazırki kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər".

Şöbə müdiri əlavə edib ki, yeni standartlar hazırsa ictimai müzakirəyə təqdim olunub: "Yeni standartlarda müəyyən fərqliliklər var. Belə ki,standartlara dəyərlər də əlavə olunub. Məsuliyyətlilik, çalışqanlığı tədrisin bir hissəsi kimi görürük. İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən isə bu günə qədərə bilik və bacarığa əsaslanan kurikulum sistemi idi. Xeyirxahlıq, vətənpərvərlik, sevginin aşılanması yeni əlavə olunan dəyərlərdə öz əksini tapıb".

O qeyd edib ki, sənədin müzakirələri zamanı təkliflər gözlənilir, bundan sonra sənəd təsdiq üçün hökumətə göndəriləcək.

Xəbər 2833 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +