Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


08.12.2017  12:17 

“Rza Zərrab Günellə Ebrudan istifadə etdi”





A+  A-

Türkiyənin məşhur köşə yazarı Esin Övet müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı yazıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məqalə “İki qadın, bir adam” başlığı ilə “Habertürk” xəbər portalında dərc edilib.

E. Övet yazısında Günelin Rza ilə Ebrunu tanış etməsi, iş adamı ilə eşq macərasından söz açıb:

“Hamı Günel, Rza Zərrab və Ebru Gündeşdən danışır. Tamam, Ebru Gündeş və Rza Zərrab yeni mövzudur. Amma hər kəs Güneli beyinlərdən silinməyən hadisələrini xatırlmağa çalışır. Yəni Günel və Rzanın sevgisini yenidən araşdırmağa başlayır. Azərbaycanlı Günel. Kiçik, amma gözəl səsli Günel. İbrahim Tatlısesin kəşflərindəndir. Hətta “İmperator”un yanında çox mahnılar oxudu. “Oy nidem, oy Didem, Didem, Didem. Sənsiz başım ama nerelere gidem” deyə-deyə klipində Burcu Esmersoyu oynatdı.

Günel balaca idi, Türkiyədə tanınırdı və təbii ki, illər içindi böyüdü. Və bir sevgilisi oldu. Bu sevgilinin adı da Rza Zərrab idi. Günel istedadlı idi, hətta Sibel Can, İbrahim Tatlıses kimi şəxslərə mahnılarını verirdi. Günel həm sevgilisinə dəstək olmaq, həm də onu məşhur etmək üçün bir çox sənətçi ilə tanış edirdi. Ən son olaraq Ebru Gündeşin qapısını çaldı. Ara-sıra Günel ortaya çıxıb “8 illik bir eşqim var. Ebru Gündeş əlimdən aldı. Amma Rza mənə hələ aşiqdir” desə də keçmiş olsun! Cütlük evləndi, uşaqları oldu və bütün dünya indi onlardan danışır.

Ətrafımızda belə insanlar çoxdur. Bu sənətə başlayanda çox yazı yazmışam. Saymaqla bitmir. Bir kişi məşhur olmaq üçün məşhur bir qadını seçər. Bu, əksinə də ola bilər. Əgər hədəfinə çatacaq yolda qadın sənə yardım etmirsə, kişi başqasına gedər. Ebru Gündeş Rza üçün tez bir yol açacaq şöhrətə sahib idi. O da təcili olan yolu seçdi. Düşünün ki, Ebru Gündeş yaşadığı bu hadisələrdən sonra zədələnməyib. Bütün dünya bu hadisəni danışarkən o sakit durur, 2018-ci ili qarşılamaq üçün 1 milyonluq konsert müqaviləsi imzalayır. Maşallah! Günel nə edir? Klassik yaşamağına davam edir. Əvvəlki məşhurluğu bu aralar yoxdu. Ancaq Rza Zərrabla bağlı məsələlərdə gündəmə gəlir”.

Xəbər 3102 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +