Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub


15.04.2017  20:43 

Cocuq Mərcanlıda 1037 qəlpə aşkarlanıb





A+  A-

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1037 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə, 36 min 61 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, 57 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 823 min 139 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 15-dək 5129 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 879 min 903 kvadratmetr ərazi yoxlanılıb.

Xəbər 3913 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +