Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub


10.02.2017  10:29 

“Azersun Holding”: “Manat möhkəmlənsə, məhsullarımızın qiyməti də düşəcək”





A+  A-


2015-ci il fevral ayının 21-də Mərkəzi Bank manatın ABŞ dolları və avroya olan kursunu yenidən müəyyənləşdirmiş, ilk devalvasiya qərarını qəbul etmişdi. Nəticədə dollara nisbətən manat 33 faiz ucuzlaşmışdı. Həmin il dekabrın 21-də isə ikinci devalvasiya oldu və dollara nisbətən manat təqribən 55 faiz ucuzlaşdı. O dövrdən başlayaraq manat “üzən məzənnə” siyasətinin tətbiqi nəticəsində hər gün yumşaq şəkildə devalvasiyaya uğramaqda davam etdi. 

Nəhayət bu son günlər milli valyuta dollar qarşısında möhkəmlənməyə başlayıb.

Ötən gün Mərkəzi Bankın Neft Fondu ilə birgə keçirdiyi hərracda manatın məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub.

Maraqlı məqam odur ki, xarici valyuta cüzi bahalaşan kimi ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində ən böyük payı olan şirkətlərdən “Azersun Holding” MMC-nin məhsullarının qiyməti də qalxır. Amma bir neçə gündür manatın möhkəmlənməkdə davam etməsinə baxmayaraq, şirkətin istehsalı olan məhsulların qiymətində enmə görmürük.

XəzərNews.az bildirir ki, “Azersun Holding”in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Şirkət rəsmisi qeyd edib ki, valyuta bazarda hansı məzənnə qiymətinə satılırsa, “Azersun Holding” xaricdən məhsulu həmin valyuta ilə alır. 

“Xammal ehtiyatı tədarük edirik. Həmin xammalın üzərinə daşınma xərcləri, enerji qiymətləri və s. gəldikdən sonra məhsulun qiyməti müəyyənləşdirilir”.

A.Səfərov deyib ki, qiymətlərin aşağı olması şirkətin marağındadır:

“Bizim hazırda istehsal etdiyimiz məhsulun xammalını bugünki məzənnə ilə almamışıq. Qiymətlərin aşağı olması bizim maraq dairəmizdədir. Çünki daha çox məhsul satmaqla daha çox işçi çalışdırmaqla fəaliyyət göstərmiş olarıq. Siz media populizmi ilə şirkətlərə pressinq edib qiymətləri ucuzlaşdırmaq niyyətindəsizsə, bu, yol deyil”.

“Azersun” rəsmisi bildirib ki, manatın möhkəmlənməsi uzunmüddətli olacaqsa, təbii olaraq məhsulların qiymətinə də təsir edəcək:

“Amma dolların ucuzlaşaması 2-3 gün davam edəcəksə, məzənnə qalxıb-enəcəksə, qiymətlərin tənzimlənmə amilinə təsir göstərməyəcək.

İlk devalvasiyadan sonra biz bir müddət gözlədik, qiymətləri qaldırmadıq, məhsulu maya dəyərinə təklif etdik. Amma sonra sabitlik yaranmadığından qiymətləri qaldırmaq məcburiyyətində qaldıq”.



Xəbər 3265 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +