Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


31.07.2025  14:26 

Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir





A+  A-

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə nədənsə zərərçəkmiş kimi tanındığı məhkəmədə iştirak etməkdə maraqlı deyil.

XəzərNews.az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, iş adamının laqeydliyi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ardıcıl bir neçə iclası yarımçıq qoyub.

İş adamı iddia edir ki, müğənni Elarizin kürəkəni kimi tanınan 33 yaşlı birjaçı Nizami Alışan onun 1 milyon 300 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Amma aldanan tək o, deyil. Babək kimi daha iki biznesmen də cinayət işində zərərçəkmiş kimi tanınıb. Bunlardan biri Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digəri isə iş adamı Yadigar İsrafilovdur. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib.

Əvvəlcə gəlir əldə olunsa da, daha sonra qoyulan vəsaitlər batıb. Babək, Zeynal və Yadigar birləşib pullarının itməsində birbaşa Nizamini günahlandırıblar. O isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş adlandırılan şəxslər bu prosesdə könüllü iştirak ediblər və yalnız son anda ziyana düşəndə onu ələ veriblər.

Bugünkü iclasda Nizami yenə sinif yoldaşı Babəkdən söz açıb. Həbsini məhz onun təşkil etdiyini deyib. Təqsirləndirilən şəxsin dedikləri məhkəmə zalında vatsap yazışmalarına baxılarkən təsdiqini tapıb. Yazışmalardan görünür ki, Babək söhbət etmək üçün Nizamini öz ofisinə çağırıb. Birlikdə söhbət etdikləri vaxt da polis əməliyyat keçirib. Cinayət işində epizodların sayı kifayət qədər çox olmasa da, çoxsaylı qaranlıq məqamlar olduğu diqqət çəkir. İşin araşdırılmasına sədrlik edən hakim Aytən Əliyeva da bütün düyünlərin açılmasında aktiv mövqe sərgiləyir.

Hakim əlavə sübutlar toplayır, ekspertlər çağırır və hətta bəzi hallarda müdafiə tərəfinin təqdim etməli olduğu məsələləri özü həll edir. Lakin prosesin irəliləməsində ən ciddi əngəllərdən biri zərərçəkmiş Babək Məmmədzadənin davamlı olaraq məhkəmə çağırışlarına məhəl qoymamasıdır. Baxmayaraq ki, külli miqdarda pul itiran biri kimi bütün işin hərtərəfli araşdırılmasında elə özü maraqlı olmalıdır. Artıq üçüncü dəfədir ki, o, hakimin çağırışlarına gəlmir.

Xanım hakim bu gün ona vəkili vasitəsilə son xəbərdarlığını göndərib. Növbəti dəfə məhkəməyə gəlməyəcəyi halda məhkəmə məcburi gətirilmə üçün polisə müraciət edəcək. Onun iştirakı təmin edilənə qədər proses təxirə salınıb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsədir.

Xəbər 656 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +