Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


29.07.2025  16:57 

İcra başçısının adından dələduzluq





A+  A-

Bakıda türkiyəli iş adamına qarşı dələduzluq edilib.

XəzərNews.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, 1992-ci ildən Bakıda yaşayan türkiyəli iş adamı Mehmet Okumuş (ad şərtidir) paytaxt ərazisində biznesini genişləndirmək üçün torpaq sahəsi almaq qərarına gəlib. O, bu məqsədlə ləğv edilmiş Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynovla məsləhətləşib. Ə.Hüseynov isə Sabunçu rayonunda maklerliklə məşğul olan Elşad Ağayevlə (soyad şərtidir) bu barədə danışıb. Elşad bildirib ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevin Abşeron rayonu, Məmmədli kəndində torpaq sahəsi var və həmin torpaq sahəsini 3.5 milyon manata satır. Əlisahib bu barədə türkiyəli iş adamına məlumat verib. İş adamı isə həmin torpaq sahəsini 2 milyon 700 min manata ala biləcəyini deyib. Elşad bu barədə razılaşıb və türkiyəli iş adamından 50 min dollar, yəni 85 min manat beh alıb.

Hadisədən bir müddət keçməsinə baxmayaraq, Elşad iş adamına torpaq sahəsinin sənədlərini təqdim etməyib və vaxt uzatmağa başlayıb. O, müxtəlif bəhanələrlə prosesi uzatmaqla vaxt qazanmaq istəyib. Elşad bu məqsədlə bir neçə dəfə zərərçəkmiş şəxs və onun nümayəndələri ilə Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında görüşərək, guya icra başçısı və onun müavini ilə görüşdüyünü, prosesin yaxın günlərdə reallaşacağına söz verib.

Çarəsiz qalan iş adamı məsələ ilə bağlı polisə müraciət edib. Araşdırmalarla məlum olub ki, Elşad heç bir torpaq sahəsi ilə bağlı heç kimlə danışıqlar aparmayıb və iş adamına qarşı dələduzluq edib.

Faktla bağlı cinayət işi başlanılıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə E.Ağayev 6 il 6 ay azadlıqdan məhrum edilib.

Xəbər 1095 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +