Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


07.06.2022  04:52 

Qolsuz oyunda Azərbaycan 1 xal qazandı





A+  A-

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

XəzərNews.az xəbər verir ki, İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi milli komanda Belarus yığması ilə qarşılaşıb.

Oyun Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilib. Bunun səbəbi Belarusun Ukraynaya hücum edən Rusiyanı dəstəkləməsinə görə UEFA tərəfindən cəzalandırılmasıdır. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarusun yığma komandaları və klubları ev oyunlarını neytral ölkədə keçirməlidir, həmin qarşılaşmalarda azarkeşlər iştirak etməməlidir.

Beləliklə, Belarus – Azərbaycan matçı neytral meydanda, boş tribunalar önündə keçirilib. Oyun isə qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Bu oyunda qazanılan 1 xal Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk xalı olub.

Azərbaycan millisi Millətlər Liqasının 1-ci turunda səfərdə Qazaxıstan yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.

Xəbər 3714 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +