Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


07.01.2020  10:58 

Baş Prokurorluq Nərminlə bağlı məlumat yaydı





A+  A-

Ötən ilin noyabrında itkin düşən və dünən meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3117 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +