Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


28.02.2018  11:46 

“Kalaşnikov” satan tutuldu





A+  A-

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) XəzərNews.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron “AK-74” markalı avtomat aşkar olunaraq götürülüb. A.Abzərov maddi sübutlarla birgə istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Xəbər 2965 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +