Bu həftə sülh sənədi imzalanacaq?
Tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzalandı
“Heç nə, yaşayıram” - Sabiq nazir
21 direktor işdən çıxarıldı
Panfarsçılar Pezeşkianı niyə hədəf alıblar?
Mixail Qusman Bakıya gəldi
Bakıda 40 dərəcə isti olacaq
Rusiya Ukraynanın Atom Elektrik Stansiyasını vurub
8 yaşlı qızın bədənində siqaret söndürüblər?
Avtobusun qarşısından yolu keçəndə maşın vurdu


12.02.2024  13:37 

Aİ-nin Azərbaycandakı səfiri XİN-ə çağırıldı





A+  A-

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyindən Xəzərnews.az-a verilən xəbərə görə, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib.

Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.

"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib.

Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.

Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.

Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Xəbər 3226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  18:36 

Sabunçuda narkokuryer TUTULDU

04.08.2025  16:01 

21 direktor işdən çıxarıldı

04.08.2025  13:18 

Avtomobildən yıxılan kişi ÖLDÜ

04.08.2025  12:54 

Mixail Qusman Bakıya gəldi

04.08.2025  12:28 

Bakıda 40 dərəcə isti olacaq

04.08.2025  11:33 

6 aylıq uşaq infarktdan öldü

04.08.2025  11:29 

Nazir ona yüksək vəzifə verdi

04.08.2025  10:43 

Xaçmazda meşədə yanğın olub


BÜTÜN XƏBƏRLƏR +