“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı
Tanınmış şirkətdə 2 milyonluq YEYİNTİ
İtkin düşən qızın ailəsi: “Dedi ki, daha sənin kimi anam yoxdur“


07.09.2023  15:46 

Hər şey orada başladı... - Orada da bitəcəkmi?





A+  A-

ƏSGƏRAN KEÇİDİ VƏ YA AĞDAM-XANKƏNDİ YOLU...

“Ağdam-Xankəndi yolu” termini dünyanın Qarabağ münaqişəsini araşdıran beyin mərkəzlərində bu gün ən çox işlənən termindir. Bu yolun hansı məqsədlə dövriyyədə olmasını hamı bilir. Mən sizə bu yolla bağlı görünməyən tərəfləri göstərəcəm.

Əslində söhbət Əsgəran keçidindən gedir. Əsgəran keçidi 25 kilometrlik Ağdam-Xankəndi yolunun qısa bir hissəsidir. Əsgəran qalasından Xocalı hava limanının qurtaracağına qədər olan məntəqə şərti olaraq Əsgəran keçididir.

Laçın da, Şuşa da çox mühüm strateji məntəqələrdir. Amma...

ƏSGƏRAN KEÇİDİNƏ KİM NƏZARƏT EDİRSƏ, QARABAĞA DA O NƏZARƏT EDİR.

Dünən də belə olub, bu gün də belədir, sabah da (Qarabağda erməni qalsa) belə olacaq.
XX əsrin 20-ci ilinin əvvəlində məhz Əsgəran keçidinə Azərbaycanın nəzarətini bərpa etməklə Qarabağın Azərbaycanın tərkibində qalması təmin edildi.

XX əsrin 92-ci ilində Əsgəran keçidi uğrunda yenidən savaş başladı. Ağdam və Xankəndi arasında olan Əsgəran və Xocalının taleyi kimi qəbul edilən bu taktiki savaş ermənilərin xeyrinə başa çatdı.

Şahidi olduğum hadisələr də deməyə əsas verir ki, Azərbaycanın Əsgəran keçidini nəzarətə götürməsinə hər vasitə ilə mane oldular. Dəfələrlə əməliyyat keçirildi. Dəfələrlə Əsgərana girildi. Amma ya geri çəkilmək əmri oldu, ya kömək gəlmədi, ya artilleriya düz işləmədi... Və Azərbaycan Əsgəran keçidinə nəzarəti bərpa edə bilmədi.

Əvəzində ermənilər bir həmlə ilə bir gecədə bu keçidə tam nəzarəti bərpa etdilər. Və bununla da ciddi irəliləyişə nail oldular.

Əsgəran keçidi əslində iki tərəfdən yüksəkliklərlə əhatə olunmuş bir ərazidir. Amma bu ərazi qovşaqdır. Qarabağın Şimalı, Cənubi və Qərbi arasında bağlayıcı məntəqədir. Bu məntəqəni hərbçilər, siyasətçilər fərqli qiymətləndirə bilə, amma ümumilikdə hərbi, siyasi və mənəvi baxımdan çox mühümdür.

Bu gün bu keçid uğrunda diplomatik savaş gedir. Bu savaşdakıların hamısı anlayır ki, Əsgəran keçidinə nəzarət Qarabağa nəzarət deməkdir.

1988-ci ildə erməni iddiaları başlayanda da ilk eskalasiya məhz bu məntəqədə olmuşdu. Hər şey ordan başlamışdı. İndi hamını bir sual düşündürür: Hər şey orada da bitəcəkmi?

Asəf Quliyev

Xəbər 3418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb

05.08.2025  11:08 

Sabiq deputata yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +