Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


25.10.2022  11:13 

Rusiya Azərbaycana niyə təzyiq edir? - ŞƏRH





A+  A-

"Rusiyanın Azərbaycana təzyiqi əsasən, rəsmi Bakının Moskvanın deyil, Brüssel formatına üstünlük verməsinə irəli gəlir".

Bu barədə XəzərNews.az -a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadə bildirib ki, Rusiya telekanalında Azərbaycana qarşı siyasi avantüra və ölkəmizin ərazi bütövlüyünü şübhə altına alması Kremlin əsas strateji xəttidir:

"Rusiya məhz Qarabağda sülhməramlı qüvvələrini saxlamaqla, burdakı ermenilərə status tələb etməklə qalıcılığını qorumağa çalışır. Qarabağda ermənilər əli ilə Azərbaycana qarşı istənilən vaxt təzyiq etmək siyasətinin tərkib hissəsidir".

Politoloq qeyd edib ki, bu ilin fevralın 22-də iki dövlət arasında imzalanan "müttəfiqlik" haqqında Moskva bəyannaməsinin Kreml tərəfindən pozulmasıdır:

"Bu onu göstərir ki, Kreml rəhbərliyi imza atdığı sənədləri adi kağız parçası hesab edir.
Moskvanın Azərbaycana qarşı düşmənçiliyində türkfobiya və müsəlmançılıq əsas meyardır. Ona görə də Rusiya heç vaxt Azərbaycanla müttəfiq olmayacaq. Rusiya uzun illərdi Ermənistan vasitəsilə Azərbaycana qarşı vəkalət müharibəsi aparıb. Azərbaycan və Türkiyə buna son verib. Rusiyanın əlində Qarabağda kiçik bir ərazidə öz hərbiçilərivə ermənilər vasitəsilə təzyiq etməyə çalışır. Bu da Moskvanın əleyhinə işləyəcək.
Rusiyanın Azərbaycanı hədəf seçərək efirdə verilməsi Azərbaycanla Ermənistan arasında danışıqlarda Moskvanın deyil, Brüsselin vasitəçiliyinə üstünlük verməsidir. Rusiyanin sülh planında Qarabağın yekun statusu qeyd edilir və Azərbaycanın ərazi bütövlüyü xaricində. Ona görə də rəsmi Bakı Mokvanın vasitəçiliyinə şübhə ilə yanaşır.
Azərbaycanın iki başlıca strateji planı var. Birinci, Xankəndində üçrəngli bayrağın dalğalanmasi. İkinci, Zəngəzur dəhlizinin açılması. Rusiya məhz iki plana qarşıdır. Azərbaycanin Rusiyaya etiraz notası verməsi göstərir ki, iki ölkə Moskva Bəyannaməsinə baxmayaraq müttəfiq deyil. Ümumiyyətlə, nota verilməsi strateji müttəfiq dövlətlər arasında olmur. Qeyd edim ki, Moskva Bəyannaməsinin Milli Məclisdə ratifikasiya edilməsinə ehtiyac yoxdur".

Lalə Zahidqızı
XəzərNews.az



Xəbər 2734 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +