9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI
Daha bir ölkə Qahirə sazişindən çıxdı
Prezident DTX ilə bağlı fərman imzaladı
Daha bir şadlıq sarayının vergi borcu üzə çıxdı
Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama
Ağır yol qəzası: Ölənlər var
4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb


31.10.2025  13:38 

Azərbaycanın rəsmi cavabını gözləyirik - Əraqçı





A+  A-

İranın xarici işlər naziri Abbas Əraqçı iki ölkə münasibətlərinə dair verdiyi son açıqlamada İran–Azərbaycan sərhədinin yenidən açılması məsələsinin hələ də gündəmdə olduğunu bildirib.

XəzərNews.az xəbər verir ki, A.Əraqçı bu mövzunun son bir il ərzində həm iki ölkə prezidentləri, həm də xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə dəfələrlə müzakirə olunub.

Əraqçı qeyd edib ki, Tehran üçün sərhədin açılması yalnız iqtisadi və logistika baxımından deyil, həm də regionda etimadın bərpası və qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır:

“Azərbaycan tərəfi bildirir ki, hazırda bütün sərhədlər bağlıdır və bu qərar yalnız İrana aid deyil. Lakin Bakı məsələni yenidən nəzərdən keçirəcəyinə dair vəd verib. Biz hazırda Azərbaycanın bu istiqamətdəki mövqeyinə dair rəsmi cavabını gözləyirik”.

Nazirin sözlərinə görə, Tehran sərhədin yenidən açılmasını iki ölkə arasında münasibətlərin normallaşması prosesində “prioritet addım” kimi qiymətləndirir. Əraqçı həmçinin vurğulayıb ki, İran regionda sabitliyin və qarşılıqlı iqtisadi əməkdaşlığın tərəfdarıdır və bu istiqamətdə dialoqu davam etdirmək niyyətindədir.

Xəbər 2374 dəfə oxunub.




21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +