13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


31.03.2021  21:03 

Navalnı aclıq aksiyasına başladı





A+  A-

Həbsdə olan rusiyalı bloger Aleksey Navalnı aclıq aksiyasına başlayıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalifətçi aksiyanı dəvət olunan həkimin onunla görüşməsinə icazə verilmədiyinə görə başladıb.

“Mən qanuna riayət etməyi və dəvət etdiyim həkimi yanıma buraxmaları üçün aclıq elan edirəm”, - deyə Navalnının İnstaqram səhifəsində yazılıb.

Bundan əvvəl Navalnının vəkili Olqa Mixaylova onun səhhətində problem yaranması ilə bağlı məlumat vermişdi. Bildirilirdi ki, Navalnı ayaq və bel ağrısından əziyyət çəkir. Hazırda həmin ağrıların ayaqlara doğru yayıldığı, sağ və sol ətrafların hissiyatını itirdiyi qeyd edilir.

Mixaylovanın sözlərinə görə, dəvət olunan həkimin Navalnı ilə görüşməsinə, tövsiyə olunan dərmanların alınmasına icazə verilmir, diaqnoz müayinə nəticələri indiyədək açıqlanmır.

Federal Penitensiar Xidmət isə blogerin səhhətinin qənaətbəxş və stabil olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 2-də Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.

Xəbər 1895 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +