13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


31.03.2021  15:45 

Şuşanın işğalı əməliyyatına rəhbərlik edən erməni general öldü





A+  A-

Erməni general Arkadi Ter-Tadevosyan bu gün 82 yaşında ölüb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib. Onun bir neçə gündür Erebuni xəstəxanasında reanimasiyada olduğu bildirilib.

Xəstəxana generalın bir neçə gündür reanimasiyada olduğunu təsdiqləsə də, ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Kommandos” və “Dağ tülküsü” ləqəbli Arkadi Ter-Tadevosyan Birinci Qarabağ savaşı zamanı separatçıların qüvvələrinə, 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik edib. O, Şuşanın süqutuna səbəb olmuş “Dağlarda toy” əməliyyatının müəllifi kimi tanınır.

Xatırladaq ki, Azərbaycan Ordusu Şuşanı 2020-ci ilin 8 noyabrında erməni işğalından azad edib.

Xəbər 2615 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +