13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


31.03.2021  10:17 

Sarkisyan seçkidə onu dəstəkləyəcək





A+  A-

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan yaxın ətrafına erkən parlament seçkilərində Robert Koçaryanı dəstəkləməyəcəyini bildirib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Nəşr qeyd edir ki, Sarkisyan “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq niyyətindədir.

Üstəlik, Ermənistanın keçmiş liderlərinin son iclasında Sarkisyan Koçaryana seçki kampaniyası dövründə onu dəstəkləməyəcəyini açıq şəkildə bildirib.

“Mənbələrdən bizə məlum olduğu kimi, “Respublika” partiyasının tanınmış nümayəndələri Serj Sarkisyanın seçkilərə qatılmayacağı təqdirdə, Robert Koçaryanın rəhbərlik etdiyi siyahıya daxil olacaqlarını açıqlayıblar”,- deyə qəzet qeyd edib.

“Joxovurd” yazır ki, bu məlumatlar respublikaçıların arasındakı parçalanmanı göstərir. Belə ki, respublikaçıların bir hissəsi hərəkətlərini və planlarını açıq şəkildə müzakirə etməyən Serj Sarkisyandan narazılıqlarını bildiriblər.

Xəbər 1936 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +