13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


27.03.2021  13:28 

Myanmada nümayişlərdə ölənlərin sayı artdı





A+  A-

Myanma təhlükəsizlik qüvvələrinin hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz nümayişlərinə silahlı müdaxiləsi nəticəsində ən az 16 nəfər ölüb.
XəzərNews.az xəbər verir ki, bu gün Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində təşkil edilən nümayişə müdaxilə edən ordu kütləyə atəş açıb. Nəticədə ən az 16 nəfərin həlak olduğu qeyd edilib.

Bununla da, təhlükəsizlik qüvvələrinin Myanmadakı etiraz aksiyalarına müdaxiləsi nəticəsində bu günə qədər həyatını itirənlərin sayı 344-ə çatıb.

Qeyd edək ki, Myanma ordusu ötən ilin noyabrında keçirilən seçkilərdə saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasından sonra fevralın 1-də rəhbərliyi ələ keçirib.

Ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Çii da daxil olmaqla bir çox məmuru və hakim partiya liderini nəzarətə götürüb və bir il boyunca fövqəladə vəziyyət elan edib.

Myanma xalqı demokratiyaya qayıtmağı tələb edərək fevralın 6-dan nümayişlərə başlayıb.

Ölkədə genişmiqyaslı nümayişlər davam edərkən həbsdə olan yüksək vəzifəli dövlət məmurları hərbi məhkəmədə mühakimə olunur.

Xəbər 2052 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +