Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


21.11.2017  19:45 

“Yol polisi əməkdaşlarına cərimə yazmaq üçün heç bir plan qoyulmur”





A+  A-

“Bu gün bizim yollarda aşkar olunan qayda pozuntularının demək olar ki, 65-70 faizi elektron qaydada, xüsusi texniki vasitələrin köməyin ilə aşkarlanır və həmin sürücülər haqqında elektron protokol tərtib olunur. Yəni bunu inspektor istəsə də, istəməsə də avtomatik aşkarlanan və qeydiyyata alınan protokollardır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, yol polisi əməkdaşlarının cərimədən 25 faiz qazanmaq üçün sürücüləri saxlaması fikirləri əsassızdır.

“Cərimələrdən polis əməkdaşlarının maaşına 25 faiz əlavə olunması o demək deyil ki, yol patrul əməkdaşı daha çox qayda pozuntusu aşkar eləsin. Əgər sürücü hansısa qayda pozuntusu edirsə, o halda yol patrul əməkdaşı saxlayır və cərimə yazır. Yol polisi süni yollarla heçbir sürücünü cərimə etmir. Olmayan bir qayda pozuntusuna görə yol patrul əməkdaşı heç kimi cərimələmir. Sürücü yol patrul əməkdaşının gözü qarşısında qaydaları pozursa, ona gözünü yummalı deyil ki... Bu insanın vəzifəsi odur ki, hərəkəti nizamlamaqla yanaşı, qaydalarını pozan sürücüləri də aşkarlayıb, barələrində tədbir görsün. Ödənilən cərimə məbləğindən 25 faiz yol patrul əməkdaşının maaşına əlavə olursa, demək ki, bilərəkdən yazır?... Bu çox yanlış düşüncədir. Yol patrul əməkdaşı sürücünün qayda pozuntusuna göz yummalıdır? Protokol tərtib olunanda hər bir sürücü yol patrul əməkdaşının fəaliyyətində hansısa nöqsan aşkarlayırsa və protokolla razı deyilsə, öz fikirlərini yaza bilər. Bundan sonra protokola yenidən baxılır, əgər sürücünün şikayəti əsaslıdırsa, protokol ləğv olunur. Yol polisi əməkdaşlarına cərimə yazmaq üçün heç bir plan qoyulmur”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur.

Xəbər 1739 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +