Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.05.2018  10:54 

Qoyun oğurlayan Rembo saxlanıldı





A+  A-

Ucar və Cəlilabad rayonlarında oğurluq edən şəxslər saxlanılıb.
XəzərNews.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, aprelin 13-nə keçən gecə Ucarın Yuxarı Çiyni kənd sakini Elnur Kərimov yardımçı təsərrüfatından 1 baş qoyun oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı saxlanılıb. Onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.

Aprelin 28-nə keçən gecə Cəlilabad rayonu Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər 1634 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +