İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


25.04.2021  12:34 

ABŞ-da polis vətəndaşı güllələdi





A+  A-

ABŞ-da Hollivudun Los-Anceles bölgəsində polisi bir vətəndaşı gülləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ polisinin Twitter səhifəsində məlumat yayılıb. Məlumata görə, polis naməlum bir şəxsin onların həyatlarını təhdid etdiyini düşünüb və atəş açıblar.

Silahlı insident dünən baş verib. Məlumata görə, çağırışa gedən polis maşını birdən başqa bir avtomobillə toqquşub. Polisin verdiyi məlumata görə, avtomobildən "güllə keçirməyən jilet geyinmiş, sağ əlini arxasında saxlayan bir sürücü" gəlib. Bildirildiyinə görə, həmin sürücü polislərin yanına gəlirmiş və eyni zamanda "üç, iki, bir" deyərək geri sayırmış. Şübhəli şəxs əlini qabağa çəkmək istədiyi anda polis tərəfindən vurulub. O, hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar istintaq başlayıb. Hazırda vətəndaşın yanında silahının olub-olmadığı barədə məlumat yoxdur. Müstəntiqlər hadisənin şahidlərini axtarır.



Xəbər 3309 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +