Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı
Ofelya Şabanova efirdə qızıl üzük bağışladı
Həbsdə olan İcra başçısının səhhəti pisləşib
90 milyon dollarlıq heroin ələ keçirildi
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video


11.05.2023  11:47 

8 Noyabr prospektində yolun bir hissəsi çöküb - Foto





A+  A-

8 Noyabr prospektində yolun bir hissəsi çöküb. Hadisə ötən gün axşam saatlarında baş verib. Həmin ərazidə əvvəllər də bir neçə dəfə eyni halın qeydə alındığı bildirilib. Çökməni əks etdirən fotolar sosial şəbəkələrdə də yayılıb.

“Azərsu” əməkdaşlarının hadisə yerində olduğunu nəzərə alıb məsələ ilə bağlı ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza belə cavab verdi: “Baxış quyusunun yaxınlığında çökmə baş vermişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazini bərpa edib. Dünən mütəxəssislərimiz orada araşdırma aparıblar və məlum olub ki, orada olan kanalizasiya kollektorunda hansısa çökmə, sızma halı baş verməyib. Araşdırmalar hələ də davam edir ”.

Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli müraciətimizə cavab olaraq bildirdi ki, “Azərsu” ASC-nin əməkdaşları və AAYDA-nın əməkdaşları tərəfindən həmin ərazi nəzarət altında saxlanılır: "Oradan kanalizasiya kollektoru keçir. Kanalizasiya kollektorunun düz yanında həmin çökmə baş verib. Dərhal aidiyyəti üzrə “Azərsu” ASC-nin əməkdaşlarına məlumat verilib və əraziyə cəlb olunaraq qazıntı işləri aparıblar. Ərazi yoxlanılıb və hazırda əks dolğu işləri icra olunub. Hər hansı problem baş verərsə, aradan qaldırılacaq".

Qeyd edək ki, ərazidə gedən təmir işləri həmin yolda uzun tıxac yaradıb./“Qafqazinfo”



Xəbər 2742 dəfə oxunub.




15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?


BÜTÜN XƏBƏRLƏR +