Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


18.08.2025  13:09 

“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır





A+  A-

Marketlər şəbəkəsi olan “TamStore” mağazası müştəriləri çəkidə, qiymətdə aldadıldığı üçün barəsində protokol tərtib edilib.

XəzərNews.az tribunainfo.az-ya xəbər verir ki, şikayət əsasında aparılan yoxlamadan sonra məlum olub ki, “TamStore” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozub.

Belə ki, bələbi pozulan maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda (“az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür) aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“TamStore”la bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 25 avqust tarixində hakim Sahilə Bağırovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “TamStore” supermarketlərinin sahibi olan “TamStore” MMC “Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb.

“TamStore” MMC-nin qanuni təmsilçisi Ceyhun Yusubov Lətif oğludur.

“Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Xatırladaq ki, “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər 511 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +