“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


14.11.2018  16:21 

Azərbaycan kubokunda 4-cü əvəzetmə olacaq





A+  A-

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirildi.
XəzərNews.az xəbər verir ki, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə baş tutan mərasimdə klub nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak etdilər.

Tədbiri girişi nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü qurumun prezidenti Ramin Musayevə verdi. R.Musayev qonaqları salamladıqdan sonra bir sıra maraqlı məqamlara toxundu:

“Hər birinizi salamlayıram. Azərbaycan Kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Azərbaycan Kubokunun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin uğurlarını təkrarlasın. Kubokun yeni mövsümü ilə bağlı yenilik ondan ibarətdir ki, 4-cü əvəzetməyə icazə veriləcək. Belə ki, məşqçilər oyun əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Amma bu nə AFFA-nın, nə də PFL-in günahıdır. Ümumi vəziyyət belədir”.

PFL prezidenti Topaz Premyer Liqasındakı vəziyyətə də qısaca toxundu: “Onu qeyd etmək istəyirəm ki, bizim çempionat maraqlı mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biriylə tez-tez görüşür. Ancaq matçlar gərgin mübarizə şəraitində keçir".

Qeyd edək ki, Azərbaycan Kubokunun ilk oyunları dekabrın birinci həftəsində reallaşacaq.

Xəbər 2966 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +