İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


17.06.2022  16:03 

“Türkiyə mediasında xəbərlər Qarabağla başlayıb...” - Əflatun Amaşov





A+  A-

“20 Yanvar Faciəsinin, Xocalı Soyqırımının, Qarabağ müharibəsinin bütün gedişlərinin dünya ölkələrinə çatdırılmasında Türkiyə mediasının rolu əvəzolunmazdır”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə münasibətləri digər sahələrdə olduğu kimi, media sahəsində də birlik nümayiş etdirir:

“Bu forum Azərbaycan və Türkiyə media əlaqələri tarixində iz qoyacaq. 2018-ci ildə də bu tərkibdə tədbir həyata keçirilmişdi və Türkiyə-Azərbaycan media münasibətləri geniş şəkildə müzakirə olunmuşdu. Türkiyə mediası hər zaman Azərbaycanın yanında olub. Azərbaycan müstəqilik əldə etdikdən sonra Türkiyə mediası ilə münasibətlər daha da aktivləşdi. 20 Yanvar faciəsinin, Xocalı Soyqırımının, Qarabağ müharibəsinin bütün gedişlərinin dünya ölkələrinə çatdırılmasında Türkiyə mediasının rolu əvəzolunmazdır. Hətta 44 günlük müharibədə də azərbaycanlılar yerli televiziyalarla yanaşı, Türkiyənin televiziya kanallarını da izləyirdilər. Türkiyə mediasında xəbərlər Qarabağla başlayıb, Qarabağla da bitirdi. Eyni zamanda bütün analitik yazılar Qarabağ münaqişəsinin həllinə həsr olunurdu. Təbii ki, Azərbaycan-Türkiyə mediasının birliyi birdən-birə bu səviyyəyə qalxmayıb. Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç öz fəaliyyəti dövründə ilk dəfə olaraq Bakıda Azərbaycan-Türkiyə media konfransı keçirmişdi. Daha sonra bu konfrans Türkiyədə də həyata keçirilmişdi. Bundan əlavə, digər türk dövlətlərində də mətbuat konfransları reallaşdırıldı. O zamanlar qarşıya qoyulan məqsədlərdən biri vahid televiziya kanalının yaradılması idi. Bu, türkdilli ölkələrin birliyi üçün çox əhəmiyyətli idi”.

Xəbər 3280 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +