Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı
Ofelya Şabanova efirdə qızıl üzük bağışladı
Həbsdə olan İcra başçısının səhhəti pisləşib
90 milyon dollarlıq heroin ələ keçirildi
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi


22.06.2021  11:54 

“Yanğınların böyük əksəriyyətində insan faktoru var”





A+  A-

“Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq”.
XəzərNews.az xəbər verir ki, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, meşə ərazilərində baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır:

“Allah qorusun, bizlər də bu amansız alovun törədə biləcəyi fəsadlardan sığortalanmamışıq və yay mövsümü, qızmar hava şəraiti gələr-gəlməz, tikan üstündə dayanmış kimi, hamımız narahatlıq və həyəcan içində keçiririk günlərimizi”.

“Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq№, deyə İ.İbrahimova əlavə edib:

“Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”.

Xəbər 4180 dəfə oxunub.




15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?


BÜTÜN XƏBƏRLƏR +