Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


03.08.2017  11:23 

Messinin toyunda yığılan məbləğ hamını təəccübləndirdi





A+  A-

İyunun 30-da Lionel Messi və Antonella Rokuzzo arasında nikah mərasimi keçirildi. Rosario şəhərində baş tutan mərasimə dəvət alan qonaqlardan hədiyyə əvəzinə argentinalı ulduzun xeyriyyə fonduna vəsait köçürmək xahiş edilmişdi.
XəzərNews.az “Marca” nəşrinə istinadən xəbər verir ki, məşhur futbolçular və milyonçular da daxil olmaqla 260 nəfərin iştirak etdiyi toydan sözügedən fonda cəmi 9.5 min avro toplanıb.

“Nəzərə alsaq ki, Xerard Pike öz toyundan sonra kazinoda 11 min avro uduzub, bu məbləğ gülməli görünür” – deyə “Marca” yazır.

Messi toplanan vəsaitin həcminin mediaya sızmasından narazı qalıb. İspaniyanın tanınmış teleaparıcısı Aleksandro Fantino isə toyda iştirak edənləri “xəsis varlılar” adlandırıb.

Qeyd edək ki, “Barselona”nın hücumçusu toy mərasimində istifadə olunmayan qidaları da uşaq evinə göndərmişdi.

Xəbər 2778 dəfə oxunub.



15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +