Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi
Zelenski Türkiyəyə səfər edəcək
“Baku Electronics“ Çin mallarını yapon adı ilə satırmış
Dünyada internetin sürətinə görə geridəyik
“Aztelekom“ 2,4 milyon manata nə alır?
“Kontakt Home” qanun pozuntusuna yol verib
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız
Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu


15.02.2025  14:05 

Əliyev Vuçiçə təbrik məktubu göndərdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Serbiya uzun illərdən bəri yaxın dost və etibarlı strateji tərəfdaşdılar. Yüksək səviyyəli siyasi dialoqumuz və yeni məzmunla zənginləşən əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahına töhfələr verməklə yanaşı, Qafqaz və Balkan regionları arasında əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır.

Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz məmnunluq doğurur. Mövcud imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimizin daha da inkişafına, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.



Xəbər 2896 dəfə oxunub.




18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +