Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama


15.09.2020  10:05 

Navalnı Rusiyaya qayıtmaq niyyətindədir





A+  A-

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Almaniyada həmişəlik qalmaq niyyətində deyil və əvvəlki fəaliyyətini davam etdirmək üçün Rusiyaya qayıtmağı planlaşdırır.
XəzərNews.az bildirir ki, bu barədə bazar ertəsi ABŞ-ın “The New York Times” qəzeti anonimliyinin saxlanılmasını istəyən AFR-in təhlükəsizlik orqanlarının yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər verib.

“O, Almaniyaya mühacirət etməyi planlaşdırmır”, - qəzet mənbənin sözlərini sitat gətirir. “O, Rusiyaya qayıtmaq istəyir, öz missiyasını davam etdirmək istəyir”, - mənbə əlavə edib.

Mənbə qeyd edib ki, Navalnı prokurorla söhbətində Almaniyaya hadisənin birgə araşdırılmasını təklif edən Rusiya ilə əməkdaşlıqdan imtina etdiyini bildirib.

Qeyd edək ki, Navalnının vəziyyəti avqustun 20-də Tomskdan Moskvaya uçan zaman pisləşib. O, Omskda təcili xəstəxanaya yerləşdirilib və iki gün sonra xüsusi reyslə müalicə olunmaq üçün Berlinə yola salınıb. Hazırda o, “Charite” klinikasında müalicə olunur.

Xəbər 3228 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +