Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI


10.10.2025  00:42 

Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?





A+  A-

Düşənbə görüşündə Əliyevin AZAL-ın təyyarəsinin vurulması ilə bağlı tələblərini qəbul edən Putinin bunu daha öncə etməməsi Zəngəzur dəhlizi ətrafında baş verən mübarizədən qaynaqlanırdı. Mübarizə Rusiyanın əleyhinə yekunlaşdı, hərçənd, Moskva hələ də iki manevr imkanının qaldığını düşünür.

Birincisi, az ehtimal olsa da, TRİPP layihəsinin praktiki müstəvidə icrasına qədər vəziyyəti dəyişmək ümididir: Ermənistan seçkilərində fors-major situasiyanın yarana biləcəyi, yaxud geosiyasi müstəvidə şərtlərin qəfil dəyişməsi (irreal görünsə də) imkanlarını dəyərləndirir və buna görə təzyiq xəttini “yaxşı polis” rolu ilə əvəzləyir; bu irreal situasiya gerçək olarsa belə, Bakı üçün Naxçıvana maneəsiz keçid imkanı dəyişməyəcək, dəyişən yalnız dəhlizdə iştirakçılar ola bilər;

İkincisi, TRİPP layihəsinə - ABŞ-ın Cənubi Qafqaza daxil olmasına, eləcə də Orta Dəhlizdə möhkəmlənmək istəklərinə loyal münasibəti geosiyasi “bazarlıq” kimi istifadə etmək istəyir;

Bu manevrlərin dəyərləndirilməsi fonunda Azərbaycanla münasibətlər Rusiya üçün məğlub olduğu prosesdən daha az zərərlə çıxmaq üçün əhəmiyyətlidir. Moskva Bakı ilə münasibətlərin bərpası üzərindən regonda güc balansının kəskin dəyişməsinə imkan verməmək və Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı ilə kommunikasiyaların açılışından kənarda qalmamağa çalışır.

Rusiyanı Azərbaycanın tələblərini indi qəbul etməyə vadar edən bu səbəblərlə yanaşı, rəsmi Bakının geri çəkilməməsi – Prezident İlham Əliyevin prinsipiallığı həlledici rol oynadı. Belə demək mümkünsə, Putin Əliyevin “bükə bilmədiyi əlini sıxmaq məcburiyyətində qaldı”. Bu, həm də Moskvanın Bakının strateji gedişi qarşısında təslim olmasıdır: 44 günlük müharibədən sonra Rusiyadan Qərbə (ABŞ və Fransa) qarşı istifadən edən və istədiyinə nail olan Əliyev indi Zəngəzur dəhlizində Moskva qarşısında Vaşinqtondan istifadə etməklə hədəfinə çatır.

Asif Nərimanlı

Xəbər 1297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +