Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


30.03.2022  18:34 

Taxılla bağlı problemimiz varmı?





A+  A-

Baş nazir Əli Əsədov bizi arxayın edib ki, taxılla bağlı heç bir problem yoxdur”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, ölkədə çörəyin yenidən bahalaşmasına hələ ki əsas olmadığını vurğulayıb:

“Bu yaxınlarda hökumətin hesabatını dinləyəndə Baş nazirə bu sualları ünvanladıq. O bildirdi ki, ehtiyatımız kifayət qədərdir. Həmçinin Pakistan dövləti də elan etdi ki, Azərbaycanı taxıl ehtiyatı ilə təmin edə bilər. Düşünürəm ki, ehtiyat fondu və vəsait olduğu üçün hələlik qiymət artımına ehtiyac yoxdur”.

V.Əhmədov ərzaq və qeyri-ərzaq məhsullarında bahalaşmanın müşahidə olunduğunu bildirib:

“Çünki çoxu Rusiyadan idxal olunur. Rusiyada da vəziyyət artıq pisləşib. Əgər Rusiyaya qarşı sanksiyalar bir ay davam edərsə, əlbəttə, bütün dövlətlərdə problem yaranacaq, yəni qiymət artımı, çatışmazlıqlar da ola bilər. Lakin Azərbaycanın kifayət qədər maliyyəsi var. Ona görə də istənilən dövlətdən taxıl və yaxud digər məhsullar ala bilərik. Operativ və çevik işləmək lazımdır ki, problem yaranmasın. Qazaxıstan, Pakistan bu gün kifayət qədər taxıl ixrac edir”.

Millət vəkili bəzi sahibkarların süni qiymət artımına yol verdiyini də vurğulayıb:

“Düzdür, bəzi möhtəkirlər, sahibkarlar süni qiymət artımına yol verirlər. 1992-ci ildə Baş nazirin birinci müavini işləyəndə cəmi 3 günlük taxılımız var idi. Amma indi dünyanın o başından da ölkəyə taxıl gətirilir. Bir var ki, dövlətin vəsaiti yoxdur, nəsə ala bilmir, biri də var ki, dövlətin kifayət qədər vəsaiti var.
Anbarlar var və taxıl alıb ehtiyat kimi yığmaq olar. Baş nazir bizi arxayın edib ki, taxılla bağlı heç bir problem yoxdur. Eyni zamanda Baş nazir iclas keçirdi ki, süni qiymət artımı olmasın. Başa düşürük ki, xaricdən gələn məhsullarda qiymət artımı qaçılmazdır, amma Azərbaycanın öz istehsal etdiyi məhsulunda süni qiymət artımı olmamalıdır. Ona görə də əsas onun qarşısını almaq lazımdır. Bu yaxınlarda Rəqabət məcəlləsi müzakirəyə çıxarılacaq. Qəbul olunandan sonra bazarda da haqsız rəqabət də aradan qaldırılacaq”.

Xəbər 1749 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +